“ABŞ Ukraynada Rusiya ilə hərbi əməliyyatlara hazırlaşmır, lakin o, lazım gəldikdə NATO-dakı müttəfiqlərini qoruyacaq”.
Lent.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdəki çıxışı zamanı bildirib.
“Biz Ukraynada Rusiya ilə müharibə aparmayacağıq. NATO ilə Rusiyanın birbaşa konfrontasiyası üçüncü dünya müharibəsi olar. Biz buna yol verməməliyik. Lakin biz tam gücümüzlə NATO-dakı müttəfiqlərimizi müdafiə edəcəyik”, - deyə Bayden vurğulayıb.