ABŞ prezidenti Co Baydenin ailəsi xarici mənbələrdən, o cümlədən Çindən milyonlarla dollar alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer istintaqa istinad edərək, dövlət başçısının yaxınlarını bunda ittiham edib.
“Amerika xalqına qarşı dürüst olmaq əvəzinə, Bayden 2020-ci il seçkilərindən bəri ailəsinin Çindən pul almadığını müdafiə etdi. Bu 2020-ci ildə bu yalan idi”, - konqresmen bildirib.
O, Amerika prezidentinin Çindən pul alınmasından xəbərsiz olmasını qeyri-mümkün adlandırıb.