ABŞ Prezidenti Co Bayden
27 noyabr 2021 06:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

Bayden 8 ölkə ilə bağlı göstəriş verdi: "MƏHDUDLAŞDIRIN"

0

“ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş “Omikron” ştammı ilə  bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq”.

Lent.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Prezident bildirib ki, artıq yeni ştamm haqqında məlumatlandırılıb: “Ehtiyat tədbiri olaraq, daha çox məlumat əldə edənə qədər Cənubi Afrikadan və digər yeddi ölkədən hava nəqliyyatı ilə ölkəyə gələnlərə məhdudiyyətlər qoymağa göstəriş verdim. Yeni məhdudiyyətlər noyabrın 29-da qüvvəyə minəcək. Tibb sahəsində məsləhətçilərimlə elmi sübutları və tövsiyələri rəhbər tutmağa davam edəcəyik”.

CNN-in məlumatına görə, məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2129

Oxşar yazılar