Baş nazirdən məmurlara  qalstuk qadağası    - SƏBƏB
31 iyul 2022 08:45 (UTC +04:00)

Baş nazirdən məmurlara qalstuk qadağası - SƏBƏB

0

İspaniya Tekstil, Aksesuar və Dəri Biznesi Assosiasiyasının sədri Eduardo Samakola baş nazir Pedro Sançesin sözlərini tənqid edib.

Lent.az xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

Baş nazir bir müddət öncə enerjiyə qənaət etmək üçün qalstuk taxmamağa çağırıb.

Samakola bu cür çağırışları qəbuledilməz hesab etdiyini bildirib.

Onun sözlərinə görə, bu, iqtisadiyyatın bütün sektoruna zərər vura, müəssisələrin bağlanmasına və insanların iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Xatırladaq ki, İspaniyanın baş naziri məmurları və iş adamlarını kondisionerlərə sərf olunan elektrik enerjisinə qənaət etmək üçün isti havada qalstuk taxmamağa çağırış edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2832

Oxşar yazılar