Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik kəmərini taxmadan sərnişin kimi hərəkət etdiyi üçün cərimələnib.
Lent.az-ın məlumatına görə, bu barədə Lankaşir qraflığı polisinin yaydığı məlumatda deyilir.
“Lankaşirdə hərəkətdə olan avtomobildə sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini göstərən video sosial mediada yayılandan sonra biz 42 yaşlı londonlu kişiyə cümə günü, 20 yanvarda cərimə bildirişi göndərdik” – deyə polisdən bildirilib.
Qaydaya görə, şəxsin adı açıqlanmır, lakin bütün məlumatlar hökumət başçısından söhbət getdiyini göstərir.
Cümə axşamı günü Lankaşirə baş çəkən Sunakın sosial media üçün videosunda arxa oturacaqda kəmər taxmadan əyləşdiyi görünür.