Elmi ekspedisiya dünyanın ən böyük mərcanını Solomon adaları yaxınlığında aşkar edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, mərcanın eni 32 metr, uzunluğu 34 metrdir. Hündürlüyü 5,5 metrə çatır.
Mərcan mavi balinadan daha böyükdür.
Mütəxəssislər onun yaşının 300-500 il arasında olduğunu irəli sürürlər. Mərcan digər mərcan qayalarından daha dərində yaşadığı üçün sağ qala bilib. Onun üçün temperaturun dəyişməsi o qədər də dağıdıcı deyil.