Bakılı kəşfiyyatçının adı küçədən götürüldü
18 may 2023 21:52 (UTC +04:00)

Bakılı kəşfiyyatçının adı küçədən götürüldü

Kiyev Şəhər Şurası 26 obyektin, o cümlədən üç metro stansiyasının adını dəyişib. 
Lent.az xəbər verir ki, bu barədə Şəhər Şurası məlumat yayıb.

"Paytaxtda adları Rusiya və onun müttəfiqləri ilə əlaqəli olan daha 26 şəhər obyektinin adı dəyişdirilib", - məlumatda deyilir. Metronun “Xalqlar Dostluğu” stansiyasına “Zverinetskaya” adı verilib. “Prospekt Pravdı” stansiyası “Varşavskaya”, “Lev Tolstoy meydanı” isə “Ukrayna Qəhrəmanları Meydanı”na çevriləcək.

Dəyişikliklər küçələrin adlarına da şamil edilib. Belə ki, əfsanəvi bakılı kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan küçə yaponşünas alim Vasili Yaroşenkonun adını daşıyacaq.  

Qeyd edək ki, 1895-ci ildə Bakıda anadan olmuş əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorge Yaponiyada jurnalist adı altında fəaliyyət göstərib. Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ-ni Adolf Hitler hücum barədə qabaqcadan xəbərdar etməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Oxşar yazılar