Anqolanın keçmiş prezidenti Eduardo Dos Santos vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uzun sürən xəstəliklərdən sonra dünyasını dəyişib.
Eduardo Dos Santos 1979-cu ildən 2017-ci ilə qədər prezident olub. Luandada anadan olan keçmiş prezident ali təhsilini Bakıda almışdı.