Azərbaycana qarşı  dezinformasiya yayan   jurnalist SAXLANILDI
03 sentyabr 2022 13:29 (UTC +04:00)

Azərbaycana qarşı dezinformasiya yayan jurnalist SAXLANILDI

Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiya yaymaqla məşğul olan rusiyalı hərbi jurnalist Semyon Peqov Moskvada polis tərəfindən saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb təxribatçı jurnalistin sərxoş vəziyyətdə mehmanxanaya girmək istəməsi və administratoru hədələməsi olub.

Mehmanxanada dava salan Peqovu sakitləşdirmək üçün polis çağrılıb və o, şöbəyə aparılıb.

Qeyd edək ki, Semyon Peqov "WarGonzo" "Telegram" kanalının müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar