Yaponiyanın Aiti prefekturasının İnazava şəhərində avtomobilin supermarketə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, insident yerli vaxtla saat 09.30 (Bakı vaxtı 05.30) radələrində baş verib. Avtomobil binanın girişinin qarşısında dayanan rəfləri aşaraq yerli kənd təsərrüfatı kooperativinin idarə etdiyi supermarketə çırpılıb.