06:16 8 mart 2021

Avtomobil avtobus dayanacağına çırpıldı: xəsarət alanlar var

Rusiyanın Krasnoyarsk şəhərində axşam saatlarında “Ssang Yong” markalı avtomobil idarəetməni itirərək avtobus dayanacağına çırpılıb. 

APA xəbər verir ki, bu barədə Rusiya DİN-in Regional idarəsi məlumat yayıb.

Hadisə nəticəsində uçması nəticəsində bir kişi və 15-16 yaşlarında üç yeniyetmə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

# 600
avatar

Oxşar yazılar