Boliviyanın cənubunda avtobusun qayaya çırpılması nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Lent.az “ABI” agentliyinə istinadən xəbər verir ki, Bu barədə Tariha şəhər polis komandiri Xose İllanes məlumat verib.
İlkin məlumatlara görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verib. Santa Kruz şəhərinə gedən avtobusda sərnişinlərdən başqa iki sürücü və onların köməkçisi olub. Zərərçəkənlər Tariha xəstəxanasına aparılıb.
Boliviya Prezidenti Luis Arse həlak olanların ailələrinə başsağlığı verib.