Meksikanın Oaxaka ştatında avtobusun on metrlik uçurumdan aşması nəticəsində 27 nəfər ölüb.
Lent.az-ın məlumatına görə, bu barədə Milenio bələdiyyənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan əlavə, 17 nəfər yaralanıb.
Qeyd edilir ki, ilkin olaraq qəzanın qurbanlarının sayı 25 nəfər olub, lakin iki nəfər ağır xəsarətlər alaraq tezliklə dünyasını dəyişib. Ölənlər arasında bir yaşlı uşaq da var.