22 yaşlı avstriyalı Sebastian qənaət etdiyi pulla 22 elektrik generatoru alaraq Türkiyəyə zəlzələ bölgəsinə göndərib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, yardım qutularının üstündə göndərdiyi məktubla hər kəsi kövrəldib.
“Mənim nə anam, nə atam var. Bu həyatda doğma heç kimim yoxdur. Tək yaşamağın necə çətin olduğunu yaxşı bilirəm. Ən çətin günlərimdə mənə Avstriyada yaşayan bir türk dəstək oldu. Bu yaxşılığı unutmadım. Bir türkün etdiyi yaxşılığın əvəzini bütün Türkiyəyə vermək istəyirəm”,- deyə o yazıb.