Avstraliyadan İrana növbəti sanksiya  
20 mart 2023 04:42 (UTC +04:00)

Avstraliyadan İrana növbəti sanksiya  

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar paketi elan edib.

Lent.az-ın məlumatına görə, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat verib.

Qara siyahıya 13 vətəndaş və “Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli” bir təşkilat daxil edilib.

"Avstraliya İran vətəndaşlarına və Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən bir təşkilata qarşı əlavə sanksiyalar tətbiq edir", - Daxili İşlər Nazirliyi bildirib. 
“Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də Avstraliya hökumətinin məlumatına görə, İran pilotsuz təyyarələrini Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
 

# 1227
avatar

Oxşar yazılar