Avstraliya hökuməti Rusiya hərbçilərinə qarşı yeni sanksiya tətbiq edib.
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin XİN-i məlumat yayıb.
Nazirliyin siyahısında göstərilir ki, Ukraynada əməliyyatlara rəhbərlik edən 6 yüksıək rütbəli zabitin Avstraliyaya girişi qadağan edilir. Siyahıda əlavə olaraq 16 mülki şəxsin adları yer alır.
Avstraliya hökuməti paralel olaraq Rusiyanın rəsmi KİV-lərinin də yaydığı informasiyaların məhdudlaşdırılması üzərində işləyir.