ATƏT-in əməkdaşı Ukraynada həlak oldu
03 mart 2022 08:34 (UTC +04:00)

ATƏT-in əməkdaşı Ukraynada həlak oldu

0

Xarkovun atəşə tutulması nəticəsində ATƏT üzvü həlak olub.

Lent.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ATƏT-in məlumatında bildirilib.

Qeyd olunub ki, martın 1-də Xarkovun atəşə tutulması nəticəsində həlak olan Marna Fenina ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının üzvü olub.
Onun ailəsinə tədarük apararkən öldürüldüyü bildirilirb.

“Bizim Ukraynadakı həmkarlarımız dəstək məqsədi ilə onun ailəsi ilə yaxın əlaqədə qalırlar”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Baş katib Maria Helqa Şmidin bəyanatında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2794

Oxşar yazılar