Arvadının soyadını qəbul edən  məşhur kişilər - Aralarında qəhrəman da var
04 yanvar 2024 11:46 (UTC +04:00)

Arvadının soyadını qəbul edən məşhur kişilər - Aralarında qəhrəman da var

Adətən ailə qurarkən qadınlar ərlərinin soyadını qəbul edirlər. Lakin istisnalar da var.

Lent.az evləndikdən sonra arvadının soyadını qəbul etmiş məşhur kişilər barədə məlumat verir.

Belə kişilərdən ən məşhuru Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Vladimir Canibekovdur.

Canibekovun öz soyadı Krısin idi. Bu uğursuz soyad ( krısa- siçovul deməkdir) ona çox mane olmuşdu. O, dağıstanlı xanımla ailə qurarkən qayınatası qızının öz soyadında qalmasını istəmişdi. Çünki Canibekovlar kökü Qızıl Orda xanına dayanan qədim bir nəsil idilər. Beləcə Vladimir Krısin soyadını dəyişib Canibekov oldu və arvadından boşandıqdan sonra da bu soyadı daşıdı.

Məşhur kinoaktyor Valentin Qaft da arvadının soyadını daşıyırdı. O, gəncliyində aşiq olduğu Yelena İzerginanın soyadını qəbul etmişdi. 10 il sonra arvadı onu tərk edib başqa kişiyə qaçdıqdan sonra Qaft öz soyadına qayıtdı.

Yumorist İlya Oleynikov arvadı aktrisa İrina Oleynikovanın soyadını qəbul etdikdən sonra tanınmağa başladığını deyib.

Böyük fizik Pyer Küri də xanımı Mariya Kürinin soyadı ilə şöhrətlənmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33933
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar