Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.
Lent.az xəbər verir ki, bu barədə “Cinco Noticias” kanalı məlumat yayıb.
Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.
Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.