Amerikada jurnalist qətlə yetirilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Ceff Herman Las-Veqas şəhərində mübahisə zəminində bıçaqlanıb.
Mübahisə zamanı o, bıçaq çıxararaq Hermeni ölümcül yaralayıb. Çoxsaylı bıçaq zərbələri alan jurnalist hadisə yerində keçinib.
Las-Veqas polisinin sözçüsü Dori Koren hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Hadisəni törədən şəxs hələ ki saxlanılmayıb.