Almaniya kansleri Angela Merkel
09 sentyabr 2021 20:11 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel

Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.

Lent.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.

Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.

Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib: “Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”. 
 

# 1344
avatar

Oxşar yazılar