Tanınmış Hollivud aktrisası, UNİCEF-in xoşməramlı səfiri Ancelina Coli Ukraynaya səfərə gedib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Facebook” hesabında bildirilib.
Paylaşıma aktrisanın Lvovdakı kafelərdən birində çəkilmiş videosu əlavə olunub.
“Ancelina Coli Lvovda kafedədir. Bu, bütün dünyanın, o cümlədən tanınmış ulduzların bizimlə birlikdə olduğunun daha bir sübutudur”, - paylaşımda qeyd olunub.
Video