Almaniyada  dövlət çevrilişi   PLANI: Polisdən genişmiqyaslı xüsusi əməliyyat 
07 dekabr 2022 12:31 (UTC +04:00)

Almaniyada dövlət çevrilişi PLANI: Polisdən genişmiqyaslı xüsusi əməliyyat 

Almaniyada polis Bundestaqı ələ keçirməyi və dövlət çevrilişi etməyi planlaşdıran sağçı ekstremistlərə qarşı genişmiqyaslı əməliyyat keçirir. 

Lent.az  xəbər verir ki, bu barədə “Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Xüsusi təyinatlıların 11 federal ştatda eyni vaxtda fəaliyyət göstərdiyi bildirilir. Almaniya Baş Prokurorunun və kriminal polisin federal idarəsinin tapşırığı ilə ya sağçı terror təşkilatının üzvü olan, ya da onu dəstəkləyən 25 kişi və qadın saxlanılıb. 130-dan çox evdə, ofisdə və digər binalarda axtarışlar aparılıb və hələ də davam edir.

Polisin məlumatına görə, şübhəlilər, xüsusilə, “Bundestaqa silahlı basqın və siyasətçilərin saxlanmasını” planlaşdırıblar. Güman edilirdi ki, təhlükəsizlik qüvvələrinin bəziləri terror qruplaşması ilə həmrəylik nümayiş etdirəcək və bu, “çevriliş”ə səbəb ola biləcəkdi.

Almaniya Baş Prokurorluğu ölkədə dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək saxlanılanlar arasında Rusiya vətəndaşının da olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35