Almaniyadan Ukraynaya 1500 “Strela” raketi, 100 MG3 pulemyotu və 8 milyon tapança gülləsi gətirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə DPA agentliyi Ukraynadakı mənbəyə istinadla məlumat yayıb.
Bundan başqa, Ukraynaya 350 min quru ərzaq payı və 50 nəqliyyat vasitəsi göndərilib.
Bir müddət əvvəl Almaniya vaxtilə ADR-in ordusunun inventarında olan 500 ədəd “Strela” raketini Ukraynaya vermişdi.