Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynaya 50-dək “Leopard 1” tankı və 60-a qədər “Marder” piyada döyüş maşını göndərməyə hazırlaşır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Leopard 1” hazırda Bundesverin istifadə etdiyi “Leopard 2”nin sələfidir. Ancaq texnikanın Ukraynaya çatdırılması yalnız ay yarımdan sonra başlaya bilər.
"İlk “Leopard 1” altı həftəyə çatdırıla bilər", - konsernin baş direktoru Armin Papperqer deyib.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Ukraynanın daha çox hərbi texnikaya, xüsusilə də ağır silahlara ehtiyacı olduğunu və indi bəhanələrə vaxt olmadığını bildirib.