Albinos uşağa görə 11 nəfər öldü
30 avqust 2022 00:02 (UTC +04:00)

Albinos uşağa görə 11 nəfər öldü

0

Madaqasqarda polisin kütləyə atəş açması 11 nəfərin ölümünə səbəb olub.

Lent.az-ın Bild nəşrinə istinadla xəbərinə görə, ölkənin cənubundakı İkonqo şəhərində 1 həftə əvvəl bir albinos uşağın oğurlanması ilə başlayan gərginlik davam edir.

Polis hadisə ilə bağlı 4 nəfəri həbs edib. Bu gün yerli əhali polis idarəsinin qarşısına yığışaraq saxlanan şəxslərin onlara təhvil verilməsini tələb edib. Tələb rədd edildiyi üçün küt alət və soyuq silahla silahlaşmış şəxslər polis idarəsinə və kazarmaya hücum edib. Danışıqlar nəticəsiz başa çatdığı üçün güc strukturları silah tətbiq edib. Hadisə nəticəsində 11 nəfər ölüb, qırxadək adam xəsarət alıb. 

Qeyd edək ki, İkonqo əyalətində albinos uşaqların oğurlanması vaxtaşırı toqquşmalara səbəb olur. Afrikada albinos uşaqlar çox vaxt oğurlanaraq öldürülür və orqanları satılır. Bəzi insanlarda bu orqanların uğur gətirəcəyinə dair əsassız inam mövcuddur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1955

Oxşar yazılar