Aİ Ukraynaya 5 milyon həb verəcək - DƏRMANIN TƏYİNATI
31 avqust 2022 03:54 (UTC +04:00)

Aİ Ukraynaya 5 milyon həb verəcək - DƏRMANIN TƏYİNATI

Avropa İttifaqı Ukraynaya 5 milyon kalium yodid həbi verməyi planlaşdırır.

Lent.az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Bu həblərin verilməsində məqsəd Zaporojye AES-də qəza olacağı təqdirdə insanların radioaktiv şüalanmadan müdafiəsidir. Aİ həbləri Ukrayna hökumətinin tələbi əsasında təchiz edəcək.

Kalium yodid radioaktiv şüalanmadan ilkin qorunma vasitəsi hesab edilir. Bu həbin qəbulu havadakı radioaktiv yodun qalxanabənzər vəzi tərəfindən udulmasının qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar