Aİ ölkələri Ukraynaya görə təcili toplanır
10 mart 2022 07:53 (UTC +04:00)

Aİ ölkələri Ukraynaya görə təcili toplanır

0

Aİ liderlərinin Versalda keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. 
Lent.az-ın “Le Parisien” saytına istinadla xəbərinə görə, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq. 

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Ərazidə 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis qoruyacaq. Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2322

Oxşar yazılar