Baham adalarında ABŞ vətəndaşı köpək balığının hücumu nəticəsində ölüb.
Lent.az xəbər verir ki, bu barədə Reuters polisə istinadən məlumat yayıb.
Bildirilib ki, qadının ailəsi snorkelling (snorkelling) ilə məşğul olub.
Polisin məlumatına görə, 58 yaşlı amerikalı qadın bədəninin yuxarı hissəsindən xəsarətlər alıb. Yaxınları və turizm şirkətinin əməkdaşları zərərçəkmişi xəstəxanaya aparıblar və o, orada dünyasını dəyişib.
Bu, Baham adalarında ilk belə hadisə deyil.
Agentlik xatırladır ki, 2019-cu ildə 21 yaşlı amerikalı qadın Rouz adasının sahillərində köpək balığının hücumu nəticəsində öldü.