ABŞ  Rusiyada təhsil alan   generalı NATO-da komandan təyin etdi -FOTO
03 may 2022 22:18 (UTC +04:00)

ABŞ Rusiyada təhsil alan generalı NATO-da komandan təyin etdi -FOTO

0

Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə yeni təyinat olub.

Lent.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.

Bildirib ki, ABŞ Prezidenti Co Bayden general Kristofer Kavolini Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edib.

Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edir.

NATO Kavolinin namizədliyini təsdiqləyib.

“The Wall Street Journal”-ın məlumatına görə, Kavoli əvvəllər Rusiyada Birləşmiş Qərargahda direktor vəzifəsində çalışıb.

O ABŞ-ın “Yale” Universitetində Rusiya və Şərqi Avropa tədqiqatları üzrə magistr dərəcəsi alıb.

Qeyd edək ki, Uolters daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişə bitdikdən sonra da Avropadakı qoşunlarının sayını artırmaq qərarına gələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1921

Oxşar yazılar