Məşhur hüquqşünas, Donald Trampın vəkili Kennet Star dünyasını dəyişib.
Lent.az-ın xəbərinə görə, 76 yaşlı hüquqşünas cərrahi müdaxilədən sonra baş verən ağırlaşma nəticəsində xəstəxanada vəfat edib.
Kennet Star 90-cı illərdə ABŞ-ın sabiq prezidenti Bill Klintonun işini araşdırması ilə məşhurluq qazanmışdı. Keçmiş prokurora Ağ Evdə təcrübə keçmiş gənc qadın Monika Levinskinin Klintonla münasibətlərini araşdırmaq həvalə edilmişdi. Həmin dövrdə Klinton-Levinski münasibətləri dünyanın aparıcı müzakirə mövzularından idi.