ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Naftali Bennet ilə telefon danışığı aparıb.
Lent.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Danışıq zanmanı Bayden son terror aktları fonunda İsrailə terrorla mübarizədə kömək etməyi təklif edib.
“Prezident Bayden İsrailin üç şəhərində 11 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktları fonunda başsağlığı verib. Prezident İsrail vətəndaşlarına qarşı təhlükə ilə mübarizədə bütün lazımi yardımı təklif edib”, - deyə Ağ Evdən bildirib. bəyanatında.
Qeyd olunur ki, söhbət zamanı Bayden Bennetə terrorizimlə mübarizədə İsrail dövlətinə hər zaman güclü dəstəyin veriləcəyini təsdiq edib.