ABŞ-ın bu şəhərləri su altında qalacaq
09 avqust 2025 17:32 (UTC +04:00)

ABŞ-ın bu şəhərləri su altında qalacaq

Alimlərin proqnozlarına görə, 2050-ci ilə qədər ABŞ-da bir çox sahil şəhərləri və təbiət parkları su altında qalacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Amerika alimlərinin müstəqil təşkilatı “Climate Central”ın dərc etdiyi  hesabata əsasən Luiziana, Corciya, Florida və Nyu-York ştatlarının bir neçə böyük şəhəri yax

Yaxın 25-30 ildə illik daşqınlar səviyyəsindən aşağı olacaq və bu, minlərlə insanın həyatını riskə atacaq. 

Long-Aylend, Atlantik- Siti, Yeni Orlean və San-Xose hətta alimlərin ən optimist hesablamalarına görə təhlükə zonasındadır.

Bundan başqa, Nyu-Yorkda Azadlıq heykəlinin dayandığı ada da 25 ildən sonra su altında qalacaq. Florida Everqleyds milli parkını və Birləşmiş Ştatlarda yerləşən digər təbiət qoruqlarını da eyni aqibət gözləyir. Alimlərin fikrincə, Meksika körfəzi və Şərq sahili boyunca sahilyanı ərazilər dəniz səviyyəsinin sahil xəttini yuması ilə ölçüləri kiçiləcək.

Məyusedici nəticələr, digər məsələlərlə yanaşı, böyük daşqınların proqnozlarını verən və ətraf mühitin çirklənməsinin iqlimə təsirini qiymətləndirən İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 2021-ci il hesabatı əsasında qəbul edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar