Hazırda ABŞ hökumətinin Finlandiya və İsveç NATO-ya üzv olacağı təqdirdə bu ölkələrə qoşun yerləşdirmək planı yoxdur.
Lent.az-ın xəbərinə görə, bunu Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında deyib.
“Mənim belə bir plandan xəbərim yoxdur. Mən suveren dövlət və alyansın qəbul edəcəyi qərarı qabaqlamaq istəmirəm. ABŞ-ın bu ölkələrdə hərbi iştirakına dair heç bir plan yoxdur” – deyə Kirbi vurğulayıb.