ABŞ-ın birinci xanımından  Ukraynaya gözlənilməz səfər  - VİDEO
08 may 2022 17:43 (UTC +04:00)

ABŞ-ın birinci xanımından Ukraynaya gözlənilməz səfər - VİDEO

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Cill Bayden Ukraynaya elan edilməmiş səfər edib.

Zakarpatye Vilayət Şurasının “Telegram”da paylaşdığı məlumatda isə qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Cill Baydan Uşqorodda 47-i uşaq olmaqla, 163 ukraynalı məcburi köçkünün məskunlaşdığı 6 saylı məktəbə də baş çəkib.

ABŞ və Ukraynanın birinci xanımlarının görüşü

# 3414
avatar

Oxşar yazılar