Ayova ştatında keçirilməsi planlaşdırılan mitinq tornado təhlükəsi səbəbindən ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib.
“Təəssüf ki, De Moinesdə tornado təhlükəsi səbəbindən bugünkü mitinqi ləğv etmək məcburiyyətindəyik”, - deyə Tramp yazıb.
Siyasətçinin sözlərinə görə, hakimiyyət ondan mitinqi ləğv etməyi xahiş edib, onlar ona tədbirin vaxtını dəyişməyi təklif ediblər.
Tramp mitinqin yeni tarixinin tezliklə elan ediləcəyini söyləyib.