ABŞ Gürcüstanı hədələdi – SƏBƏB 
11 may 2023 03:52 (UTC +04:00)

ABŞ Gürcüstanı hədələdi – SƏBƏB 

ABŞ Rusiya ilə birbaşa hava əlaqəsi bərpa olunacağı təqdirdə Gürcüstana qarşı sanksiyalar tətbiq etməklə hədələyir.

Lent.az-ın məlumatına görə, bu barədə “Accent” Dövlət Departamentinə istinadən xəbər verir.
İdxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətləri sanksiyalara məruz qala bilər.

Aİ həmçinin Gürcüstanı Rusiya ilə uçuşları bərpa etməməyə və Moskvaya qarşı sanksiyalara qoşulmağa çağırır. Avropa İttifaqının Xarici İşlər Xidmətinin nümayəndəsi Peter Stano Gürcüstanın “Netgazeti” nəşrinə müsahibəsində bildirib ki, əks halda ölkə ikinci dərəcəli sanksiyalara məruz qala bilər.

Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, bundan əlavə, Rusiya aviaşirkətlərinin uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar