İyul ayında Koreya Respublikasından demarkasiya xəttini özbaşına keçən və KXDR-də nəzarətə alınan amerikalı əsgər Trevis Kinq oradan və ya üçüncü ölkədən sığınacaq istəmək niyyətindədir.
Lent.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin xəbərinə görə, Travis Kinq etiraf edib ki, o, "ABŞ qoşunlarında qeyri-insani təhqirlərə, irqi ayrı-seçkiliyə görə KXDR-ə getmək qərarına gəlib".
Qeyd olunur ki, KXDR-ə qanunsuz daxil olduğunu etiraf edən Kinqin işi üzrə istintaq davam edir.