ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR
17 yanvar 2021 08:00 (UTC +04:00)

ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR

ABŞ həbsxanalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanaları Federal Bürosu məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək gücləndirilimiş rejim tədbirləri müvəqqəti olsa da, məqsəd cəzaçəkmə müəssisələrində daxili nizam-intizamın yüksəldilməsi ilə yanaşı, işçilərin, məhkumların, eləcə də ictimaiyyətin fasiləsiz təhlükəsizliyini təmin etməkdir. 

Qərara əsasən, məhkumların gün boyu kameralardan çıxması qadağan ediləcək və ziyarətlərə  məhdudiyyət qoyulacaq.

Büro sözügedən qaydanın sıradan bir təhlükəsizlik tədbiri olduğunu açıqlayıb. Xüsusi olaraq vurğulanıb ki, bu, heç də məhbusların kənardan hər hansı bir məlumat əldə etməyin qarşısını almaq məqsədi daşımır. 

# 1848
avatar

Oxşar yazılar