“ABŞ-da koronavirusun dördüncü dalğası davam edir”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Minnesota Universitetinin professoru, epidemioloq Maykl Osterholm bildirib.
“İnanıram ki, müəyyən mənada demək olar ki, yeni bir pandemiyadayıq. Tək yaxşı xəbər, mövcud peyvəndlərin spesifik B.1.1.7-yə qarşı təsirli olmasıdır”, deyə Osterholm vurğulayıb.
ABŞ Xəstəliklərə Nəzarət və Yayılma Mərkəzinin rəhbəri Roçelle Ualenski də eyni fikirdə olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ-da 30,6 milyondan çox koronavirusa yoluxma, 554 mindən çox ölüm hadisəsi təsdiq olunub.