ABŞ-ın Men ştatında 22 nəfəri öldürən Robert Kard ölü tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, o, intihar edib.
“ABC News”un yazdığı məlumata əsasən, terrorda şübhəli bilinən Robert Kardın cəsədi tapılıb.
Nəşrin məlumatına görə, onun özünə xəsarət nəticəsində dünyasını dəyişdiyi qeyd edilir.