Türkiyədə yenidən 4 günlük küçəyə çıxma qadağası olacaq
18 may 2020 21:11 (UTC +04:00)

Türkiyədə yenidən 4 günlük küçəyə çıxma qadağası olacaq

 

"Ramazan bayramında 24, 25, 26, 27 mayda 81 vilayətimizdə küçəyə çıxma qadağası tətbiq olunacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bildirib.

Türkiyə Prezidenti deyib ki, bəzi məscidlər 29 maydan ibadət üçün açıq olacaq. Onun sözlərinə görə, Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası daha 15 gün davam edəcək.

Qeyd edək ki, Türkiyənin 31 vilayətindən 16-na giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2855

Oxşar yazılar