Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 39 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 101 414 şübhəli koronavirus testindən keçib, onlardan 1549-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 917 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 267 064 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 242 812 nəfər sağalıb, 6284 nəfər ölüb.
Nazir ağır və aktiv xəstə, ölü sayının çoxluğundan narahatlığını ifadə edərək, bildirib ki, bu sayları azaltmaqda ən önəmli məsələ tədbirlərə düzgün əməl etməkdir.
Nazir Türkiyədə ümumilikdə 7 milyona yaxın COVID-19 şübhəlisinin testdən keçdiyini vurğulayıb.