Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda iki qrup arasında silahlı insident baş verib. Atışma zamanı biri polis olmaqla, 5 nəfər yaralanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu “Twıtter” hesabında yazıb.
Nazir bildirib ki, tərəfləri ayırmaq üçün polislər müdaxilə edib.
Yaralanan polis xəstəxanaya aparılsa da, həkimlərin cəhdləri nəticəsiz olub.
“Çürükbeyinlilər, məmnunsunuzmu?” – deyən nazir bir həftədir Türkiyə polisinin hədəfə alınmasına etiraz edib və bildirib ki, bütün bu hücumlara rəğmən əhali arasında ictimai asayişin qorunması davam edəcək.
Qeyd edək ki, dünən də Diyarbəkirin Bağlar rayonunda polisin "dayan” əmrinə tabe olmayan silahlı şəxs atəş açaraq asayiş keşikçisini öldürüb.