Ankaranın Çankaya rayonunda qocalar evində yanğın baş verib.
APA-nın yerli bürosunun Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 3 mərtəbəli binada yaşayan 41 qoca yanğından xilas edilib.
Xroniki xəstəlikləri olan 10 nəfər xəstəxanaya yerləşdirilib, 25-i nazirliyin digər reablitasiya mərkəzinə, 6-sı isə öz istəyi ilə ailələrinə göndərilib.
Yanğının başvermə səbəbi açıqlanmayıb.