Tramp ÜST-ün maliyyəsini 10 dəfə azaldacaq
19 may 2020 04:20 (UTC +04:00)

Tramp ÜST-ün maliyyəsini 10 dəfə azaldacaq

 

ABŞ hökuməti yeni növ koronavirusun yayılması ilə bağlı mübarizədə göstərdiyi səylərdən məmnun qalmadığı üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsi səviyyəsinin 40 milyon dollaradək azaldılmasının mümkünlüyünü nəzərdən keçirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentə bazar ertəsi günü videokonfrans vasitəsilə reallaşan 73-cü Ümumdünya Səhiyyə Assambleyasının açılışında niyə çıxış etməməsi barədə sual verilərkən o: “Bu gün danışmamağa qərar verdim. Yaxın vaxtlarda ÜST-lə bağlı bir açıqlama verəcəm. ABŞ onlara ildə 450 milyon dollar ödəyir. Çinin ödədiyi isə ildə 38 milyon dollardır. Onlar Çinin əlaltılarıdır”, - deyə cavab verib.

O, ÜST-ə Çinlə təxminən eyni məbləğdə - 40 milyon dollar ödəmə imkanını nəzərdən keçirdiyini bildirib: “Ancaq bəziləri bunun artıq olduğunu düşünürdülər”, - deyə Ağ Evin rəhbəri təşkilatın koronavirusla mübarizədəki işini yenidən tənqid edib. Tramp qeyd edib ki, Vaşinqton tezliklə ÜST-ə vəsait ayrılması ilə bağlı son qərar verəcək. Jurnalistlərlə söhbət zamanı amerikalı lider onların birindən sualı yaxşı eşitmədiyi üçün tibbi maskanı ​​çıxarmasını da istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35