Sudanda silahlı hücum nəticəsində 60-dan çox insan ölüb
27 iyul 2020 06:59 (UTC +04:00)

Sudanda silahlı hücum nəticəsində 60-dan çox insan ölüb


Sudanın Qərbi Darfur əyalətində silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, daha 60 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisi məlumat yayıb.

Hadisə iyulun 25-də Qərbi Darfurdakı Mistri kəndində baş verib. 500-ə yaxın silahlı şəxs kəndin müxtəlif yerlərinə, eləcə də bazara hücum edib.

Baş nazir Abdullah Hamduk Darfurun beş bölgəsində vəziyyətə nəzarət məqsədilə ortaq silahlı qüvvələrin yerləşdirilməsi üçün əmr imzalayıb.

Xatırladaq ki, bu hücum 19-26 iyul tarixlərində Darfurda baş verən sayca yeddinci hadisədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822
avatar

Oxşar yazılar