Son sutkada 100 mindən çox insan koronavirusa yoluxdu
25 aprel 2020 10:28 (UTC +04:00)

Son sutkada 100 mindən çox insan koronavirusa yoluxdu


Son sutka ərzində dünyada koronavirus infeksiyasına 106 minədək insan yoluxub, təxminən 6,2 min nəfər də bu virusun qurbanı olub.

APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

24 aprel tarixli statistikaya görə, dünyada 2 828 617 nəfər yeni növ koronavirusa yoluxub, 197 091 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 105 616 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6174 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 225 314 yoluxma və 117 324 ölüm. Sutka ərzində burada yoluxanların sayı 32 038, ölənlərin sayı isə 3065 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 996 143 nəfər təşkil edir, indiyədək 56 187 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 120 166 yoluxma və 5538 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 448 216 yoluxma, 16 603 ölüm faktı qeydə alınıb.

İndiyədək dünyada 798 371 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır – 925 038 nəfər. Onun ardınca İspaniya (219 764), İtaliya (192 994), Fransa (159 828), Almaniya (154 999) və Böyük Britaniya (143 464) gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309
avatar

Oxşar yazılar