Sabahdan bu ölkədə də karantin rejimi yumşaldılır
31 may 2020 18:56 (UTC +04:00)

Sabahdan bu ölkədə də karantin rejimi yumşaldılır


İyunun 1-dən etibarən karantin rejiminin bəzi şərtləri yüngülləşdirilir.

APA-nın Böyük Britaniya bürosunun "Sky News"a  istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, sabahdan İngiltərədə risk qrupunda olan iki milyondan çox insanın evdən çıxmağına icazə veriləcək.

Bundan başqa, 6 nəfərin bir yerdə toplaşmasına icazə veriləcək. Həmçinin I və VI sinif şagirdləri üçün tədris prosesi bərpa olunacaq.

Xarici İşlər naziri Dominik Raab bəzi elmi məsləhətçilərin narahatlıqlarına baxmayaraq, hökumətin bu qərarını müdafiə etdiyini deyib.

O bildirib ki, COVID-19-la bağlı məhdudiyyətlərinin ehtiyatla yüngülləşdirilməsi düzgün addımdır.

D.Raab qeyd edib ki, koronavirusa yoluxma artacağı halda tədbirlər görüləcək: “Aydındır ki, bu, həssas bir məqamdır, ancaq əbədi olaraq karantin rejimində qala bilmərik. Biz ehtiyatla karantindən çıxmalıyıq”.

Şotlandiya, Uels və Şimali İrlandiyada karantin rejimi ilə bağlı qaydalar həmin ölkələrin hökumətlərinin qərarları əsasında yumşaldılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8281
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42