22 iyul 2020-ci il tarixində Rusiyada 4013 hektar ərazidə 82 meşə yanğını aradan qaldırılıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Regional Meşəçilik Ddispetçer Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 23-ü gecə yarısı Rusiyada 18, 775 hektar ərazidə 131 meşə yanğınları aktiv şəkildə söndürülüb. Yanğınların ən böyük sahəsi Xantı-Mansiysk Muxtar Dairəsində qeydə alınıb. Burada 7 min hektardan çox ərazidə 29 yanğın hadisəsi olub.